Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini AÇIQLADI – VİDEO

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb.

 H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi.

“Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması üçün cədvəl versin. Lakin Ermənistan bundan imtina edirdi”,-deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi qeyd edib ki, hərbi əməliyyatların strateji elementlərindən biri də onun nə zaman bitməsini bilməkdir.
“Müharibəni biz dayandırdıq, çünki strateji hədəfimizə nail olduq. Ermənistan işğal etdiyi Kəlbəcər, Ağdam və Laçından qoşunları çıxarmaq üçün bizə cədvəl təqdim etdi”,-deyə H.Hacıyev əlavə edib.///oxu.az

Tarix
26 Yanvar 2021 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-26 11:30:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin