Gənc qadının özünü 18-ci mərtəbədən atması ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonu, Əliyar Əliyev küçəsində gənc qadının özünü çoxmərtəbəli binadan ataraq intihar etməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Ucnoqta.az xəbər verir ki, bina sakinləri Publika.az-a bildiriblər ki, özünü ataraq həyatına son qoyan 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı həmin binada yaşamayıb. Hadisədən əvvəl o, təxminən yarım saat binanın blokunda dayanıb və kiminləsə telefonla danşıb.

Daha sonra blokun eyvanına çıxan 30 yaşlı qadın intihar etmək istədiyini nümayiş etdirib.
Həyətdə olan şəxslər 18-ci mərtəbədəki şəxsin intihar etmək istədiyini görərək polis çağırıblar. Lakin bir neçə dəqiqə sonra S.Qurbanova özünü binadan atıb. O, həyətdə park edilmiş avtomobilin üzərinə düşüb və yerindəcə keçinib.

Bildirilir ki, gənc qadın əvvəlcə binanın damına çıxmağa cəhd edib. Lakin sonra blokdan eyvana çıxıb.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi və hüquqi qiymtin verilməsi üçün faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı qadının üzərinə düşdüyü avtomobilə külli miqdarda ziyan dəyib. Avtomobil sahibi sığorta şirkətinə müraciət edib.

Tarix
25 Yanvar 2021 [12:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-25 12:00:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin