Sosial şəbəkədə dərman sifariş edən şəxs dələduzluqla üzləşib

10:54 - 25 Yanvar 2021 - HADİSƏ

Azərbaycanda sosial şəbəkə vəsitəsilə dərman sifariş edən şəxs dələduzluqla üzləşib.

“Report”un xəbərinə görə, vətəndaş Elşən Qoşqarlı bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bildirilib ki, sosial şəbəkə vəsitəsilə dərman sifariş edib. Lakin dələduzluğa məruz qalıb.

Daha sonra polis əməkdaşları tərəfindən E.Qoşqarlının müraciətinə baxılıb, dələduzluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti