Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı

“Adətən bir proses bitəndə onun qiymətləndirilməsi çox vacibdir. Məsələn, sosial şəbəkələrdə hansısa məktəb direktorunun problemli videoları yayılır. Nazirlik üçün bu, həmin direktorla olan əmək fəaliyyətinə xitam verilən günlə bitmir”.

Bunu Təhsil naziri Emin Əmrullayev "Xəzər" Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışında deyib.

Nazir bildirib ki, başqa vacib məsələ var və bu, cəmiyyət üçün də vacib olmalıdır: “Biz sual verməliyik - necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm - bu, vacib sualdır. Biz səhvmi etdik o direktor oldu?! Yoxsa bu, sadəcə sistemdə baş verə bilən 100 haldan biridir ki, bu indi təsadüf oldu. Və ya o, 10-15 il direktor işləyib.

Bütün necə oldu suallarının qiymətləndirilməsi və təkrar olaraq eyni səhvlərin buraxılmaması vacib məsələdir”.

Tarix
22 Yanvar 2021 [23:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-22 23:50:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin