Ana səhifə
20 Sentyabr 2018

200 minlik cinayət - Azərbaycanda

Vətəndaş Əlican Səfərovun qanunsuz hərəkətlərinə dair Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. 

 

 

Ucnoqta.az xəbər verir ki, baş prokurorluqdan “Qafqazinfo”ya daxil olan xəbərdə istintaq zamanı Əlican Səfərovun “Polymer-Trade Ltd” şirkəti ilə “Azərikimya” Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodu arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı “Polymer-Trade Ltd” şirkətinin məlumatı olmadan şirkətin adından saxta etibarnamə ilə hazırladığı sifariş məktublarından istifadə edərək müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 221 min 450 manat dəyərində 215 ton yüksək təzyiqli polietilen məhsullarının göndərildiyi qeyd olunur. Onun “Polymer-Trade Ltd”–yə məxsus külli miqdarda əmlakın dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma), 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddələrində  nəzərdə tutulan ittiham elan edilib.

 

İstintaq zamanı ziyanın ödənilməsi qismən təmin olunub.

 

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Tarix
15 Oktyabr 2014 [11:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin