Tibb işçilərinin olduğu vertolyot qəzaya uğradı; 5 nəfər həlak oldu

09:46 - 22 Yanvar 2021 - HADİSƏ

Cənubi Afrika Respublikasında (CAR) təcili tibbi yardım vertolyotu qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə ölkənin cənub-şərqində yerləşən Kvazulu-Natal əyalətində qeydə alınıb. Bu barədə yanvarın 22-də “Sinhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, göyərtəsində tibb işçilərinin olduğu vertolyot çağırışa gedən zaman Berqvill şəhərində qəfildən hündürlük itirərək yerə çırpılıb və partlayıb.

Bildirilir ki, qəza nəticəsində 1-i pilot və 4-ü tibb işçisi olmaqla ümumilikdə 5 nəfər həlak olub.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.  

 

Namiq Musayev

Xəbər xətti