Bakıda 11 avtomobil toqquşub- xəsarət alanlar var - FOTO

Bakının Xəzər rayonunda yolun buz bağlaması yol qəzasına səbəb olub.

Hadisə Mərdəkan qəsəbəsindən şəhərin mərkəzi istiqamətində olan körpünün üzərində baş verib.

Əvvəlcə yolun buz bağlaması "VAZ 2107" markalı avtomobil sürücüsünün sükana nəzarətini itirməsinə səbəb olub. Avtomobil arakəsməyə çırpılaraq iki yerə bölünüb. Daha sonra yolun sürüşkən olması 10 avtomobilin toqquşması ilə nəticələnib. Qeydə alınan qəza zamanı ümumilikdə 8 nəfər xəsarət alıb.

Əraziyə-hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Hazırda körpünün üzərində hərəkət məhdudlaşdırılıb.

AAYDA-nın xüsusi texnikası vasitəsilə yola qum və duz səpilir.///Apa

Tarix
22 Yanvar 2021 [08:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-22 08:56:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin