Aparıcı, müxbir- 26 yaşında general-mayor olan XANIM KİMDİR? - FOTO

Rusiya Müdafiə naziri Sergey Soyqu yaraşıqlı generallarla əhatə olunmağı sevir. Ona görə də bu günlərdə daha bir gözəli xoşbəxt edib.

Bu 26 yaşında general-mayor rütbəsi alan Rosiyana Markovskayadır. Ucnoqta.az Panoram.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın “Qlavnoye.net” portalı məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytında qız haqqında çox az məlumat var. Bu da onu bu qədər yüksək rütbəyə layiq görmə səbəbləri barədə suallar yaradır.

Markovskayanın Uzaq Şərq Federal Universitetinin Jurnalistika fakültəsində oxuduğu məlumdur. “Vladivostok” və “Zvezda” kanallarında aparıcı və müxbir işləyib.

Daha sonra Rusiya Müdafiə nazirinin mətbuat katibi vəzifəsinə yüksəlib. Rusiya Federasiyasının üçüncü sinif Dövlət müşaviri vəzifəsi heç də hər bir hərbçinin ala bilməyəcəyi bir vəzifədir. Ona görə də  Rosiyana Markovskayanın vəzifə sıçrayışı çoxlarının təəccübünə səbəb olub.
Gənc bir qızın kiçik bir tərcümeyi-halı adi bir çox suallar doğurur.

Xatırladaq ki, Sergey Şoyqu bir müddət əvvəl 28 yaşında daha bir gözəl xanıma general mundiri geyindirmişdi.

Tarix
21 Yanvar 2021 [15:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-21 15:25:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin