ABŞ ÜST-ü maliyyələşdirməyə davam edəcək

ABŞ-ın yeni rəhbərliyi ÜST qarşısında bütün maliyyə öhdəliklərini yerinə yetirəcək.

Bu barədə ABŞ-ın yeni administrasiyasının nümayəndə heyətinin rəhbəri, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Entoni Fauçi açıqlama verib.

“Birləşmiş Ştatlar ÜST qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyə sadiqdir. ABŞ bütün səviyyələrdə çox yüksək qiymətləndirdiyi və daha da inkişaf etdirmək istədiyi texniki əməkdaşlığı ÜST ilə ortaqlığının əsas təməli hesab edir”.

Onun sözlərinə görə, ABŞ-ın ÜST-ə qayıtması çərçivəsində yeni rəhbərlik öz mütəxəssislərini ÜST strukturundan geri çağırmağı dayandıracaq və eyni zamanda ABŞ işçilərinin ÜST ilə həm birbaşa, həm də onunla əməkdaşlıq edən mərkəzlər vasitəsilə müntəzəm əlaqəsini bərpa edəcək.///qafqazinfo

Tarix
21 Yanvar 2021 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-21 14:32:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin