Bakıya ilk qar yağdı - FOTO

Bu gün Bakıya builki qış fəslinin ilk qarı yağıb.

Ötən gecədən başlayan sulu qar sonradan qara çevrilib. Havanın temperaturu çox aşağı olmasa da, paytaxt sakinləri uzun zamandan sonra qışı hiss edə biliblər.

Qar daha çox Yasamal, Nizami və Xətai rayonlarına düşüb. Qarlı hava səbəbindən sözügedən ərazilərdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətindən Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi bildirilmişdi.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.///trend

 

Tarix
21 Yanvar 2021 [09:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-21 09:45:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin