Ana səhifə
23 Sentyabr 2018

“Yeni bir iş ortaya çıxartdım” - Xalq artisti

Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib.

 

 

Teatrın Mətbuat Xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a bildirib ki, bu dəfə Sabit Rəhmanın “Əliqulu evlənir” əsəri səhnələşdiriləcək.

 

Bu səhnə əsərinə Xalq artisti İlham Namiq Kamal quruluş verəcək. O, eyni zamanda tamaşanın liberetto müəllifidir.

 

İ.N.Kamal tamaşanın repertuara salınmasına görə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkürünü bildirib.

 

““Əliqulu evlənir” illər öncə yazılsa da onda günümüzlə səsləşən bir çox məqamlar var. Mən bu əsərin liberottusunu işləyərkən bütün bunları nəzərə aldım və yeni bir iş ortaya çıxartdım”, - deyə İlham Namiq Kamal vurğulayıb.

 

Qeyd edək ki, tamaşaya musiqini Xalq artisti Oqtay Rəcəbov bəstələyib. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlər, xormeystri Vaqif Məstanovdur.

Tarix
5 Fevral 2015 [11:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin