Yolun buz bağlaması qəzaya səbəb oldu; avtomobil körpüdən asılı qaldı - VİDEO

12:03 - 19 Yanvar 2021 - HADİSƏ

Türkiyədə yoldan çıxan nəqliyyat vasitəsi körpüdən asılı qalıb. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə Konya vilayətində qeydə alınıb.

Məlumata görə, İsmayıl Akayaın idarə etdiyi minik avtomobili, yolun qarlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq hərəkətin əks istiqamətinə çıxaraq təhlükəsizlik məhəccəllərinə çırpılıb və dəmir baryerləri qıraraq körpüdən asılı qalıb.   

Asılı qalan avtomobildən şəxsi imkanları ilə çıxan Akaya, qəzanı xəsarət almadan qurtulub.

 

Namiq Musayev

 

Xəbər xətti