İsmayıllı sakinindən narkotik vasitə götürüldü

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Göytəpə kənd sakini N.Baratov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan sellofan torbada ümumi çəkisi 415 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
19 Yanvar 2021 [11:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-19 11:13:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin