Rusiyada qar uçqunu - 1 ölü, 12 itkin

Rusiyanın Qaraçay-Çərkəz Muxtar Respublikasında qar uçqunu baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında Dombay Xizək Mərkəzində qeydə alınıb. 

Rusiya Fövqəladə Hallar Nazirliyi Mussa-Acitara dağının Dombay bölgəsindəki uçqun fəlakəti ilə əlaqədar açıqlama yayıb.

“Bölgədəki hadisə ilə bağlı 233 şəxsi və 28 xilasetmə maşını işə başladı. Qar uçqununun hündürlüyü 300 metr olaraq hesablanıb. İlkin məlumata görə, iki xizək avadanlığı icarəsi məntəqəsi və bir kafe qar uçqunu altında qalıb”,- deyə məlumatda bildirilib.

Bölgəyə helikopterlər göndərilib. Artıq bir nəfərin cəsədi tapılıb, uçqun altında qalan 12 nəfərin axtarış və xilasetmə işləri davam etdirilir.

 

Tarix
19 Yanvar 2021 [11:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-19 11:02:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin