AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb

09:30 - 19 Yanvar 2021 - Xəbər

Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb.

Bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib.

Elmin təşkili üzrə müəyyən boşluqların olduğunu deyən A.Qəribov bu məqsədlə akademiyada bir sıra islahatlar aparıldığını söyləyib:

“Akademiyada aparılan islahatlar hələlik başlanğıcdır. İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.///trend


Xəbər xətti