Ana səhifə
20 Sentyabr 2018

Xalq yazıçısı Elçinin əsəri Musiqili Teatrda...

Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediya Dövlət Musiqili Teatrında səhnəyə qoyulacaq.

 

 

Tamaşanın bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi isə Nofəl Vəliyevdir.  Tamaşada səslənəcək mahnıların sözləri Vuqar Əbdülova məxsusdur. Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu-dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada əsas obrazları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Çingiz Əhmədov,  Ələkbər Əliyev, Nərgiz Kərimova, Nahidə Orucova, Əkbər Əlizadə, Novruz Əliyev, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaqlar. Baş qəhrəmanı – Baladadaş obrazını isə teatrın gənc və istedadlı aktyoru Elvin Əliyev ifa edəcək.

Tarix
4 Fevral 2015 [23:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin