Rusiyada kütləvi peyvəndləmə başlayıb

15:07 - 18 Yanvar 2021 - DÜNYA

Rusiyada bu gündən koronavirus əleyhinə kütləvi vaksinasiyaya başlanılıb.

“RİA Novosti” xəbər verir ki, peyvəndləmə pulsuz və könüllü şəkildə həyata keçiriləcək.
Rusiya vətəndaşları ölkənin istehsal etdiyi “Sputnik V” və ya “EpiVakKorona” peyvəndini vurdura biləcəklər.

Qeyd edək ki, Azərbaycanda da bu gündən peyvəndləməyə start verilib.

Xəbər xətti