Qusarda motosiklet dərəyə aşıb- ölən var

13:35 - 18 Yanvar 2021 - HADİSƏ

Qusar rayonunda motosiklet dərəyə aşıb.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 17-i saat 19 radələrində rayonun Piral kəndi ərazisində kənd sakini R.Sarıxanov idarə etdiyi “Dnepr” markalı motosikleti dərəyə aşırıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti