Ana səhifə
15 Noyabr 2018

Musiqili Teatrda “Əliqulu evlənir”

 Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib.

 

 

Sabit Rəhmanın “Əliqulu evlənir” əsəri əsasında xalq artisti İlham Namiq Kamalın quruluşunda səhnə əsəri hazırlanır. İlham Namiq Kamal eyni zamanda tamaşanın liberetto müəllifidir. Xalq artisti tamaşa haqqında təəssüratlarını bölüşdü: “İlk növbədə yaratdığı yüksək yaradıcı şəraitə görə teatrımızın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevə təşəkkürümü bildirirəm. “Əliqulu evlənir” illər öncə yazılsa da, onda günümüzlə səsləşən bir çox məqamlar var. Mən bu əsərin liberottusunu işləyərkən bütün bunları nəzərə aldım və yeni bir iş ortaya çıxardım”. Qeyd edək ki, tamaşaya musiqini xalq artisti Oqtay Rəcəbov bəstələyib. Tamaşanın quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlər, xormeystri Vaqif Məstanovdur.

Tarix
5 Fevral 2015 [10:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin