Ana səhifə
18 Noyabr 2018

Cəbhədəki gərginlik araşdırılacaq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 16-da Qazax rayonu Bala Cəfərli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Simon Tiller keçirəcəklər.

Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədirləri – İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), elecə də C.Uorlikin koməkçisi David Salvo, İ.Popovun koməkçisi Yelena Kravçenko 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsindən təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırırlar.

 

Tarix
15 Oktyabr 2014 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin