Azərbaycanda hava şəraiti bu səbəbdən dəyişəcək - Umayra Tağıyeva

13:19 - 18 Yanvar 2021 - Xəbər

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsinə səbəb olan amil Türkiyədən hərəkət edən siklonun ölkə ərazisindən keçməsidir.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvarın 19-da axşam soyuq atmosfer cəbhəsinin paytaxta yaxınlaşması nəticəsində burada hava şəraiti dəyişəcək. Paytaxtda havanın yağıntılı olacağı, sonrakı günlərdə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir:

"Həm küləkli hava şəraiti, həm də sulu qarın yağması nəticəsində yanvarın 20-də axşam saatlarında, yanvarın 21-də gecə və səhər saatlarında havanın çovğunlu olacağı ehtimalı var. Yanvarın 21-də, 22-də şəhərətrafı yolların buz bağlayacağı istisna edilmir".

U.Tağıyeva qeyd edib ki, respublikanın rayonlarında bu proses bir qədər tez başlayacaq:
"Bu gün axşam saatlarından başlayaraq, əvvəlcə respublikanın qərb və şimal rayonlarında havanın dəyişiləcəyi, yağıntılı və qarlı olacağı gözlənilir. Yanvarın 19-dan 21-i gündüzədək bu prosesin bütün bölgəni əhatə etməsi və bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur.

Xəbər xətti