Yüksək sürət daha bir piyadanın həyatına son qoydu – ANBAAN VİDEO

12:17 - 18 Yanvar 2021 - HADİSƏ

Rusiyanın Murmansk əyalətində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Kandalakşe rayonunda qeydə alınıb.

Kadrlarda, dəmiryol keçidində növbətçilik edən işçini, yüksək sürətlə hərəkət edən minik avtomobilinin vurduğu görülür.

Video da həmçinin o da qeyd olunub ki, işçi yolun hərəkət hissəsində dayanıb və onun üzü digər istiqamətə tərəf olduğundan sürətlə gələn avtomobili fərq etməyib. Həmin anda həmkarı ona xəbərdarlıq etsə də, o, vaxtında reaksiya verməyərək qəzadan qaça bilməyib.

Yerli KİV-in məlumatına görə, şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə qəza yerindən qaçıb.

Polisdən bildirilib ki, hadisə yerindən yayınan sürücü artıq polis tərəfindən saxlanılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti