"Vaksin kifayət qədər təhlükəsizdir"- Oqtay Şirəliyevdən açıqlama

11:40 - 18 Yanvar 2021 - Xəbər

"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan da ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".

Bunu bu gün koronavirus əleyhinə peyvənd olunan səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, əksər ölkələrdə vaksinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqələr qurub. Vaksin kifayət qədər təhlükəsizdir. Bu vaxta kimi heç bir fəsad aşlar edilməyib. Vətəndaşlarımız vaksinasiyaya qoşulmağa dəvət edirik".///report

Xəbər xətti