Azərbaycanda vaksin vurulan şəxslərə pasport veriləcək

11:33 - 18 Yanvar 2021 - Xəbər

Yekun tövsiyələrə əsasən COVID-19-a qarşı peyvənd olunan şəxslərin cari qeydiyyatı aparılacaq. Bu barədə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb.

Strategiyada qeyd olunub ki, vaksin vurulanların müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyacları da qarşılanacaq.

Xatırladaq ki, bu gündən ölkədə vaksinasiya prosesinə başlanılır. (“Report”)

Xəbər xətti