Oqtay Şirəliyevə peyvənd vuruldu- Foto

11:07 - 18 Yanvar 2021 - Xəbər

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub.

Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB sədri Ramin Bayramlı və səhiyyə nazirinin müavini Elsevər Ağayev peyvənd olunub.

Daha sonra TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və səhiyyə nazirliyinin şöbə müdiri Teymur Musayev də vaksinasiya prosesinə qatılıb.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirus əlyehinə vaksinasiya başlayıb.


Xəbər xətti