Şuşada beşmərtəbəli binada yanğın olub

10:56 - 18 Yanvar 2021 - HADİSƏ

Şuşa şəhərində yanğın hadisəsi baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyiə istinadən xəbər verir ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti