Rusiyada baş verən yanğın zamanı 1-i körpə olmaqla 3 nəfər ölüb

09:27 - 18 Yanvar 2021 - HADİSƏ

Rusiyanın Petrozavodsk şəhərində hündürmərtəbəli binada yanğın baş verib. Ucnoqta.az “RİA Novosti”yə istinadən məlumat verir ki, yanğın söndürülən zaman mənzildən 3 nəfərin cəsədi aşkarlanıb – 2 qadın və 1 kişi.

Məlumata görə, yanğınsöndürənlər həmçinin oradan iki kişini və körpəni xilas ediblər, ancaq uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı cinayət işi açılıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Xəbər xətti