Biləsuvarda 40 yaşlı qadın su kanalında batıb

14:23 - 16 Yanvar 2021 - HADİSƏ

Biləsuvar rayonunda bir nəfər su kanalında batıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Şirinova Gülnarə Novruz qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti