Sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi

11:20 - 16 Yanvar 2021 - Xəbər

Azərbaycanda koronavirusla bağlı aparılan hərtərəfli mübarizə tədbirləri öz nəticəsini verməkdədir.

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.

Ş.Mövsümov deyib ki, pandemiyanın 2-ci dalğasının aşağı enməsini yaşayırıq: “Ancaq növbəti mərhələdə virusun yenidən artması baş verə bilər. Bunun qarşısını almaq üçün ölkədə vaksinasiyanın tətbiq olunması vacib əhəmiyyət daşıyır”.

Ş.Mövsümöv əlavə edib ki, yoluxmaların sayında azalma sərt karantin rejimində bir sıra yumşalmaların tətbiq edilməsinə imkan verir.///trend

Xəbər xətti