İtkin əsgərimizin şəhid olması xəbəri gəldi - Valideynlərinin yanında dəfn edildi - FOTO

10:11 - 16 Yanvar 2021 - Xəbər

Vətən müharibəsində itkin düşmüş kimi qeydiyyatda olandaha bir hərbçimizin şəhid olması dəqiqləşib.

Oktyabrın əvvəlindən barəsində heç birməlumat olmayan Balakən rayon sakini Hüseynov Orxan Ələkbər oğlunun nəşi tapılıb. Bidirilib ki, sonuncu dəfə oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayan Orxan, Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 25 yaşlı şəhidimiz dünən Balakənin Hənifə kəndində, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Orxanın atası Ələkbər Hüseynov bir neçə il əvvəl vəfat edib. Anası Sevda xanım isə 1 ay əvvəl oğlunun yoxluğuna dözməyərək rəhmətə gedib.
///publika


Xəbər xətti