RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Tərtər rayonunda yerləşən Qarabağ regional bölməsi yaxın günlərdə Şuşa şəhərinə köçürüləcək. Hazırda bununla bağlı təşkilati işlər görülür.

Ucnoqta.az xəbər verir ki, İctimai Birliyin nümayəndələri və könüllüləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq işlərində, eləcə də ictimai nəzarət, vətəndaş müraciətlərinə baxılması, sosial, səhiyyə, təhsil, mədəniyyət, infrastruktur və digər istiqamətlərdə layihələrin icrası, həmçinin regionun inkişafı sahəsində həyata keçirilən digər tədbirlərdə yaxından iştirak edəcəklər.

Tarix
15 Yanvar 2021 [15:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-15 15:52:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin