11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinədir - Rusiya XİN

"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar tarixli birgə bəyanatı ilə bağlı konkret məsələlərin həlli üçün ekspert qrupları yaradılacaq".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

Rusiya rəsmisi 11 yanvar Moskva görüşündə iqtisadi əlaqələrinin qurulmasına, yolların açılmasına, infrastrukturun təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini xatırladıb.

“Bununla bağlı ayrıca bəyanat qəbul edildi. Bildiyiniz kimi, görüşün yekunlarına görə Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinlərinin həmsədrliyilə üçtərəfli işçi qrupu yaradılıb. Bu qrup cari ayın sonunadək yığıncaq keçirməli, martın 1-dək isə beynəlxalq daşımaları yoluna qoymaq üçün nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və yenilərinin tikilməsini nəzərdə tutan tədbirlər planı və cədvəlini təqdim etməlidir. Şübhəsiz ki, bütün bu məsələlərin həyata keçirlməsi həm Ermənistan, həm Azərbaycan tərəfinin, bütövlükdə Cənubi Qafqaz regionunun xeyrinə olacaq, yəni bütün dövlətlərin mənafeləri nəzərə alınacaq”, – XİN nümayəndəsi qeyd edib.///report

Tarix
15 Yanvar 2021 [13:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-15 13:30:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin