Balakəndə evlərdən oğurluq edən keçmiş məhkumlar tutulub - Foto

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar ayının 6-dan 14-dək olan müddət ərzində şəhər ərazisində yerləşən üç evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq  maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
15 Yanvar 2021 [10:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-15 10:39:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin