Anbardan 5 ton kartof oğurlayanlar saxlanılıb

17:48 - 14 Yanvar 2021 - HADİSƏ

Tovuz rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, 2020-ci ilin dekabr ayında rayonun Əyyublu kəndi ərazisində kənd sakini E.Əkbərova məxsus anbardan 2000 manat dəyərində 5 ton kartof oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev və Şamaxı rayon sakini R.Mehdiyev saxlanılıblar.

Xəbər xətti