“Nizami ili” ICESCO-da da qeyd ediləcək

16:58 - 14 Yanvar 2021 - Xəbər

Nizami Gəncəvi ili ICESCO çərçivəsində təntənəli şəkildə qeyd olunacaq.

APA-nın məlumatına görə, bu barədə ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazir deyib ki, artıq ICESCO-nun baş direktoru Salim Bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: "Azərbaycanda 2021-ci ilin "Nizami ili" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".

Xəbər xətti