Ana səhifə
14 Noyabr 2018

Azərbaycanda institutların maliyyələşdirilməsi prinsipi dəyişir

Ucnoqta.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdirilir. Trend-in məlumatına görə, AMEA prezidenti Akif Əlizadə jurnalistlərə bildirib ki, institutların maliyyələşdirilməsi tam deyil, nisbətən dəyişdirilir.

Onun sözlərinə görə, institutlara büdcə vəsaiti xüsusi proqramlar üzrə ayrılacaq: “Xüsusi proqramlara büdcə maliyyəsi ayrılacaq. Orada iştirak edən gənclərə xüsusi mükafatlar veriləcək. Bu təcrübə dünyada var. AMEA da ilk dəfə bu addımı atır. Güman edirəm ki, nəticəsi müsbət olacaq”.

A.Əlizadə qeyd edib ki, maliyyələşdirmə üçün proqramlar seçilərkən multidiskiplinar tədqiqatlara üstünlük veriləcək. Bu proqramlar Azərbaycan elminin prioritet istiqamətlərinə uyğun olmalıdır. Proqramların seçimini xüsusi komissiya aparacaq. Seçilən poqramlar əlavə maliyyə vəsaiti ilə təmin ediləcək.

 

Tarix
15 Oktyabr 2014 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin