Lerikdə meşə ərazisində yanğın olub

14:17 - 14 Yanvar 2021 - HADİSƏ

Lerik rayonunun Təbrizli kəndi yaxınlığında meşə ərazisində 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti