Vətən müharibəsində şəhid olan Cəlal Bayramov Saatlıda dəfn olunub

Vətən müharibəsində şəhid olan Cəlal Bayramov Saatlıda dəfn olunub.

APA-nın məlumatına görə, Saatlı rayonu Çolpu kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Cəlal Yaqub oğlu 2020-ci il 29 sentyabrda Səfərbərlik Xidmətinin çağırışı ilə cəbhə bölgəsinə yollanıb. Oktyabrın 27-də Laçının Arpagədik kəndində ailəsi ilə danışıb və ondan sonra itkin düşüb.

Cəlal Bayramovun şəhid olduğu yanvarın 13-də ailəsinə xəbər verilib.

DNT analizi vasitəsi ilə nəşin Cəlal Bayramova məxsus olduğu identifikasiya edilib.

Şəhid Saatlının Çolpu kəndində dəfn olunub.

Allah rəhmət eləsin!

Tarix
14 Yanvar 2021 [13:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-14 13:59:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin