Ana səhifə
15 Noyabr 2018

ADKT-da "Talassemiyasız həyat naminə" adlı xeyriyyə aksiyası

Daim yeni tamaşalar, maraqlı səhnə nümunələri ilə yanaşı sosial baxımdan vacib mövzulu layihələrə də imza atan A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də maraqlı aksiyaya start verib.

 

Belə ki, teatr Qan Donorları Assosiasiyası İctimai Birliyi ilə birgə 5 fevral (saat 15. 00) tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən 8 fevral 2005-ci ildə imzalanmış "Talassemiyasız həyat naminə" layihəsinin 10 illik yubileyi münasibəti ilə eyniadlı xeyriyyə aksiyası keçiriləcək.

Mədəniyyət və Turizm, Səhiyyə və Təhsil nazirliklərinin də dəstək verdiyi tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az.QAC),  “Hematologiya İnkişafına Dəstək” İctimai Birliyi də təşkilatçı qurumlar qismində fəal iştirak edəcəklər.

Aksiyanın təşkilində məqsəd irsi qan xəstəlikləri, onların profilaktikası və ümumilikdə cəmiyyətin bu problemə diqqət yönəltməsini təmin etməkdir.

Azərbaycanın mədəniyyət və incəsənət ustalarının da iştirak edəcəyi xeyriyyə aksiyasında teatrın nəzdində fəaliyyət göstərən “Oyuq“ teatr-studiyasının balaca istedadlarının ifasında “Şah və onun xudpəsənd oğlu” adlı tamaşa nümayiş olunacaq, qonaq qismində iştirak edən talassemiyalı uşaqlara xatirə hədiyyələri təqdim olunacaq.

Tarix
4 Fevral 2015 [17:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin