Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb - Komissiya üzvü

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib. O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib: "Ümumilikdə, 3 800 obyektə baxış keçirilib. Onlardan 34-ü sosial, 24-ü inzibati bina, 102-si sahibkarlıq obyektidir. Həmin obyektlərdən 76-sı tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Hazırda 600-ə yaxın obektə baxış keçiriləcək ki, həmin obyektlərin sahibləri sonradan komissiyaya müraciət ediblər".

 

Tarix
13 Yanvar 2021 [15:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 15:44:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin