“Ermənistan 30 il ərzində vurulmuş maddi və mənəvi zərərlərin kompensasiyasını ödəyərək, ..."- Millət vəkili

18:54 - 11 Yanvar 2021 - SİYASƏT

"Prezident İlham Əliyev 44 günlük müharibədə göstərdi ki, Azərbaycan təhdidlərə, işğala, təcavüzə və separatizmə lazımi dildə və formada cavab verə bilir. Üstəlik, müharibə dövründə Ermənistana kənar güclərin hərbi-siyasi dəstəyi bölgədə Azərbaycanın iradəsi qarşısında effektiv olmadı, yəni, başqasının köməyinə ümid yoxdur".

Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov deyib. Millət vəkilinin sözlərinə görə, artıq erməni xalqı da reallığı çox yaxşı anlayır ki, əgər yeni savaş başlasa, Prezident İlham Əliyevin dediyi kimi, “44 günlük müharibə Ermənistan üçün yalan olacaq”:

"Azərbaycanı döyüş meydanında yenidən qarşısına almaq ehtimalı, erməni xalqını heç vaxt çıxa bilməyəcəyi uçuruma yuvarlayıb, 102 illik tarixə malik marionet erməni dövlətçiliyinə son qoymaq deməkdir.

Bu mənada, Paşinyan hakimiyyəti özündə qətiyyət taparaq, xalqın səsinə qulaq asmalı, Koçaryan-Sarkisyan cütlüyü və Daşnaksyütunun murdar ideyalarını, həmçinin, populist revanşist qrupların və Ermənistan reallığını anlamayan diaspora təşkilatlarının bütün zərərli tələblərini rədd etməli, erməni xalqının maraqlarını düşünməlidir.

Eyni zamanda, 30 il ərzində vurulmuş maddi və mənəvi zərərin kompensasiyasını ödəyərək, Azərbaycanla sülh özüllü yeni səhifə açmağa, başlatmağa çalışmalıdır".

Xəbər xətti