Bakıda mənzildə 77 yaşlı qadının meyiti aşkarlandı

09:58 - 9 Yanvar 2021 - HADİSƏ

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Sidorova Anna Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti