Biləsuvarda minik, Kürdəmirdə yük avtomobili yanıb

09:02 - 8 Yanvar 2021 - HADİSƏ

Biləsuvar rayonunda "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində "DAF" markalı yük avtomobilinin qoşqusunun 3 ədəd təkəri yanıb. Avtomobil və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti