Bakıda yaşayış binasında yanğın olub- ölən var

17:05 - 7 Yanvar 2021 - HADİSƏ

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və pəncərə çərçivəsi qismən yanıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti aşkar olunub. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər xətti