Ana səhifə
18 Sentyabr 2018

"New-York"un ən hündür yaşayış göydələni hazırdı - heyrətamiz FOTOLAR

Ucnoqta.az xəbər verir ki, Nyu-Yorkda ən yüksək "432 Park-avenyu" yaşayış göydələninin tikintisi başa çatıb. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib. Manhettenin mərkəzində 56-cı və 57-ci küçələr arasında yerləşən Park-avenyuda yerləşən 96 mərtəbəli göydələnin hündürlüyü təxminən 426 metrdir. Binanın adı elə yerləşdiyi ünvandan götürülərək  "432 Park-avenyu" adlandırılır.

Yaşayış göydələninin sakinləri şəxsi restoran, bağ, spa və sauna ilə fitnes mərkəzi, masaj kabinetləri, hovuz, kitabxana və bilyard zalından istifadə edə biləcəklər. Bundan başqa, binada, çaxır ambarı yaratmaq da planlaşdırılır. İlk sakinlər binada təxminən bir ildən sonra məskunlaşacaqlar. Ümumilikdə göydələndə 104 mənzil var və mənzillərin dəyəri 7 milyondan 80 milyon dollaradək dəyişir.

 

Tarix
30 Noyabr -0001 [00:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin