Gəncə sakinindən və ona məxsus “BMW”dən külli miqdarda heroin AŞKARLANDI

12:22 - 7 Yanvar 2021 - HADİSƏ

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsdən külli miqdarda heroin götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini İ.Verdiyev şəhər ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin aşkarlanıb. Davam etdirilən əmliyyat-axtarış tədbiri nəticəsində onun “BMW” markalı avtomobilindən isə 10 kiloqramdan artıq heroin götürülüb.

 

Namiq Musayev

Xəbər xətti