Rusiyada ağır yol qəzası: 6 nəfər öldü - FOTO

15:20 - 6 Yanvar 2021 - HADİSƏ

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, qəza yanvarın 5-də axşam saatlarında Smolensk şəhərindən 16 kilometr cənub-qərbdə qeydə alınıb. Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “Hyundai” və “VAZ-2115” markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər dünyasını dəyişib. Onlardan sürücü və qadın sərnişin “Hyundai”da, 2 kişi (1-i sürücü), 2 qadın isə “VAZ-2115”də olub.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Xəbər xətti