Azərbaycan nefti bahalaşıb

15:04 - 6 Yanvar 2021 - İQTİSADİYYAT

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 52,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,02 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 52,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,02 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 50,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 52,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.

Xəbər xətti