Ana səhifə
21 Noyabr 2018

Ermənilər Dağlıq Qarabağı itirir

Erməni gəvəzəliyi prosesə heç bir təsir göstərə bilmir

 

Ermənistanın siyasi elitası çox narahat olub ki, bu Cənubi Qafqaz respublikası ilə Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yaradılacaq. Bu məsələ respubulikanın Avrasiya İttifaqına olması zamanı razılaşdırılıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu barədə hələ yay aylarında Astanada bildirmişdi.

 

Erməni parlamentinin üzvü Aleksandr Arzumanyan bildirib ki, gömrük məntəqəsinin yaradılması intihara bərabərdir. "Mən çox ümid edirəm ki, bizim ölkənin hakimiyyəti buna yol verməyəcək", - deyə o, jurnalistlərə bildirib.

 

"Serj Sarkisyan Dağlıq Qarabağı bu cür təhdid altında qoymağa imkan verməz", - deyə Moskvadan xüsusi olaraq İrəvana uçmuş Rusiya ermənilərinin sədri Ara Abramyan deputatın dediklərini təkrarlayır.

 

Amma respublikanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan daha da uzağa gedib və bildirib ki, Ermənistan istənilən dəqiqə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər.

 

Sözün düzü, o, yalan danışır. Onun nazirliyinin və ölkəsinin prezidentlərinin bu addımı atmaq üçün yetərincə vaxtı vardı, amma onlar bu qərarı vermədilər. Ermənilərə bu addımı atmağa icazə vermədilər və indi də icazə vermirlər. Çünki indi Ermənistan Avrasiya İttifaqına girən zaman imzaladığı öhdəlikləri yerinə yetirməyin üzərində düşünməlidir.

 

Bu yeni birliyinin digər üzvləri tamamilə müdrik və doğru addım atıblar, anlayıblar ki, Dağlıq Qarabağı gec və ya tez Azərbaycana qaytarmaq lazımdır. Bu prosesi hətta erməni gəvəzəliyi də dayandıra bilməz.

Tarix
15 Oktyabr 2014 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin