Ana səhifə
13 Noyabr 2018

Bu gün Lütfi Zadənin 94 yaşı tamam olur – Nazir təbrik etdi

Lütfi Zadə - dünya şöhrətli alim, dahi mütəfəkkir!

 


Onun dünya elmi üçün gördüyi işlərin miqyası o qədər böyükdür ki, haqlı olaraq adı İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir. Bunun nəticəsidir ki, alman alimi Maks Plankdan sonra dünyada hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəzi olan ikinci alimdir.
Müəllifi və yaradıcısı olduğu 6 mühüm nəzəriyyə dünya elminə inanılmaz töhfələr bəxş edib. Sevindirici haldır ki, onun dünya elminə ərmağan etdiyi qeyri-səlis məntiq nəzəriyyəsi elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və ən yüksək və ali mükafatlara layiq görülür.
Bu dahi şəxsiyyətin səmərəli fəaliyyəti Azərbaycan dövləti və şəxsən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən də yüksək qiymətləndirilib, elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərə görə "Dostluq" ordeni ilə təltif edilib.
Bu gün onun müəllifi olduğu nəzəriyyələr sayəsində milyardlar qazanan böyük dövlətlər və şirkətlər də onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər.

Tarix
4 Fevral 2015 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin